Xüsusi təyinatlılarımız Türkiyədə birinci oldu

Hərbçilərimiz Türkiyədə keçirilən “Efes-2018” təlimlərində birinci olublar.

XALQ.AZ xəbər verir ki, pentatlon növü üzrə keçirilən yarışda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbçiləri 1-ci yerə çıxıblar. Böyük Britaniya xüsusi təyinatlıları ikinci, Pakistan xüsusi təyinatlıları isə üçüncü olub.

Yarışların bu növündə 23 ölkənin hərbçilərindən ibarət komandalar iştirak edib.

Qeyd edək ki, “Efes-2018” təlimlərinin döyüş atışlı hissəsi mayın 7-dən 11-dək keçiriləcək.

Elgün