YƏHUDİLƏRİN ARAŞDIRMASI-ADINIZDA BU HƏRF VARSA…-M,S,İ,K,L,E,A,N,R

Kimsəni inancına görə qınamaq sağlam düşüncə tərzi deýil. İnsanlar kimi onların psixologiyası da müxtəlifdir. Adların insan həyatına təsirini və hərflərin sirlərini ilk dəfə yəhudilər təhlil və analiz edib. Bununla bağlı bir sıra dövlətlərin müxtəlif araşdırmaları mövcuddur. Adların və adlardakı hərflərin insan həyatına təsirini zamanla ərəblər də təsdiqləyib. Elm adların insan həyatına təsirini çoxdan sübut edib. Belə ki, həm adlardakı hərflər, həm adın mənası və səs vibrasiyası deyilən anlayış insanın qədərinə birbaşa təsir göstərir. Hərflərin adlardakı rolu və mənası ilə bağlı elm “xüruf“ elmi adlanır. Psixoloqlar qeyd edirlər ki, hər adın xüsusi səs vibrasiyası vardır. XALQ.AZ xəbər verir ki,bunu “adların melodiyası” da adlandırırlar. Bu səs vibrasiyası beynin müxtəlif hissələrində müvafiq qıcıqlandırmalar əmələ gətirir ki, bu qıcıqlanmaların nəticəsində insan uşaqlıqdan öz daxili ruhi vibrasiyalarını adının emosional vibrasiyaları üstündə tənzimləyir. Adın hansı səslərdən ibarət olmasından asılı olaraq, insanda şüursuz olaraq xarakterin müvafiq cizgiləri formalaşır. Hər bir ad müxtəlif dillərdə müxtəlif cür səslənir. Seçilən ad mütləq şəkildə yaşadığınız yerdə səlis və həzin səslənməlidir ki, bu, insan beyninə, o adı daşıyan şəxsə müsbət enerji ötürsün.
● Od ünsürü hərfləri – z, ş, f, g, y
● Hava ünsürü – k, h, r, c,
● Su ünsürü – b, p, d, t, s
● Torpaq ünsürü – l, m, n
Araşdırmalara əsasən, adında
 “ç, ş, ğ”, “ö, i, ü” hərfləri olan insanlar daim bəzi həyati problemlər yaşayırlar. Bu problemlər iqtisadi, sağlamlıq və ya ailə problemləri də ola bilər. Adında
 “Gül” hecası olan (Gülşən, Gülnar, Gülay) insanlara diqqət yetirsəniz, bu insanların, adətən, əyləncəsiz bir həyat yaşadığını görə bilərsiniz. Çünki ikinöqtəli hərflər məyusluq və müəyyən problemlər gətirir. Əlavə olaraq da, hecanın ilk hərfi
 “G” ilə başlayarsa, bu təsiri daha da artırır.
 “V” hərfi ilə yanaşı
 “re”, “ra” hecaları olanlar isə pul yığmaqda daim çətinlik çəkirlər. Adında
 “r, l, n” hərfləri olan insanlar xoşbəxt taleli,
 “s, ş, z” hərfləri olanlar isə fədakar və sevgi dolu olurlar. Adı
 “r” və “t” kimi sərt hərflərlə sonlanan insanlar eynən sərt xarakterə sahib olurlar. Tədqiqatçının fikrincə, adlardakı hərflər yalnız insanın taleyinə deyil, onların sağlamlıq vəziyyətinə də təsir göstərə bilər. Belə ki, adda
 “A” hərfi çox olarsa, qan dövranı ilə bağlı xəstəliklər daha çox yaşana bilər. Əgər
 “E” hərfi çoxdursa, həmin şəxs tənəffüz orqanları xəstəliklərindən özünü qorumalıdır.
 “ü, ö, ğ” bu qəbildən olan hərflərdir. Mütəxəssislər qeyd edirlər ki, insan istənilən zaman adını dəyişərsə, bu, onun taleyinə də təsir göstərə bilər. Seçim insanın öz əlindədir. Kim hansı adı seçərsə, o taleni də yaşayar. Akrofonoloq (adları araşdıran) Kamal Haluk adların insanların kariyerasında çox təsirli olduğunu söyləyir.
 “k” hərfi karyeranı təmsil etdiyi üçün, adında bu hərf olan şəxslər karyeralarında uğurlu olurlar.
 Adında “d” hərfi olanlar isə işlərində güclü, mübariz hesab edilirlər.
 “L” hərfi bədii yaradıcılıq,
 “a və b” satış və marketinq,
 “m və a” sərbəst ticarət,
 “z” araşdırma və ixtira,
 “i və p” psixologiya sahəsində işləyən insanlar üçün ideal hərflər hesab olunur. Və adlarında bu hərflər keçən adamlar qeyd olunmuş müəyyən sahələrdə uğurlu olurlar.
GİZLİ MƏNA
A: Düşüncə bacarığı və məntiqi güclü olan insanlar.
B: Öncəgörəndirlər, hadisələr qarşısında heç vaxt ümidlərini itirməzlər.
C: İncənətə meylli, duyğusal insanlar.
Ç: Zövqlü və zövqü sevən insanlar.
D: Üstün zəkanı təmsil edir; iddialı və mübarizdir.
E: Bu insanlar kədər və sevinc hisslərini bərabər yaşayır.
F: Sakit şəxsiyyəti ifadə edirlər, zərif və etibarlıdırlar.
G: Güclü şəxsiyyət, gərginlik və üstün zəkaya sahib olmaq istəyi.
H: Sakit, dəyişməz şəxsiyyət.
İ I: Həssas, emosional və küsəyən.
J: Kaprizli və qısqanc şəxsiyyət.
K: Müvəffəqiyyətli, həmişə yüksələn şəxsiyyət.
L: Sənətçi, istedadlı şəxsiyyət.
M: Ticari və yüksək kəşfiyyat qabiliyyəti.
N: Üstün səlahiyyətli şəxsiyyət.
OÖ: Sirlidirlər, gizliliyi sevirlər, duyğularını açmaq onlar üçün asan deyil.
P: Özünə inamlı.
R: Qərar qəbul etməkdə daimi çətinlik.
SŞ: Xəyalpərəst
T: Duyğularını açmaqda çox çətinlik çəkirlər.
UÜ: Onlar işlərini yavaş aparırlar, ləngdirlər.
V: Vecsiz insanlar.
Y: Keçmişdəki izlər, kədərlər və digər hadisələr daim onunladır, keçmişini heç vaxt unutmur, güclü şəxsiyyət strukturları vardır.
Z: Elmlə məşğul olan, oxumağı sevən, akademik tip.

XALQ.AZ