YAP gəncliyin inkişafı üçün bütün imkanları yaradır

 

24

Yeni Azərbaycan Partiyası gənclər üçün böyük siyasi məktəbdir. Partiyamız gəncliyin inkişafı üçün bütün imkanları yaradır”.XALQ.AZ-ın məlumatına görə, bunu yap.org.az saytına YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

Onun sözlərinə görə, bu səbəbdən də gənclərimiz siyasi fəaliyyətlərini YAP-la bağlayırlar: “Hazırda YAP-ın sıralarına qoşulan gənclərin sayı 250 min nəfərə qədərdir. Bu da ümumi partiya üzvlərinin 40 faizdən çoxunu təşkil edir. Gənclər YAP kimi təşkilatda böyük siyasi məktəb keçirlər. Bunun nəticəsi olaraq, onlar siyasətçi kimi formalaşırlar. Gənclərimiz arasında mühüm dövlət strukturlarına irəli çəkilənlərin də sayı çoxdur ki, bunun əsas səbəbi onların partiyamızın yetirmələri olmasıdır”.