YAP-ın cəmiyyətdə aparıcı mövqeyi davamlı və hərtərəflidir

Bu gün ölkəmizdə bir çox sahələrdə islahatlar davam edir. O cümlədən də Yeni Azərbaycan Partiyasında da islahatlar həyata keçirildi”.

Bu sözləri  açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, YAP-da idarə heyəti formalaşdırıldı, Veteranlar Şurası yaradıldı: “Bununla yanaşı bir sıra rayon şöbələrinin rəhbərləri dəyişdirildi. Bütün bunların əsas məqsədi və əsas hədəfi Azərbaycanın aparıcı partiyası kimi Yeni Azərbaycan Partiyasının nüfuzunun, mövqeyinin cəmiyyətdə daha da güclənməsi və möhkəmlənməsidir və vahid yekdil bir partiya kimi cəmiyyətdə fəaliyyət göstərməsinin təmin edilməsidir. Bu kimi yeniliklərin edilməsi, islahatların həyata keçirilməsi hər bir dövlətin, hər bir qurumun qarşısında duran bir vəzifədir. Ümumiyyətlə bir çox sahələrdə yeni çağırışlar meydana gəlir və yeniliklər baş verir. Bütün bunların fonunda da Yeni Azərbaycan Partiyasının da islahatlara getməsi, islahatlar həyata keçirməsi bu baxımdan xüsusi önəm daşıyır. Bu kimi addımlar Yeni Azərbaycan Partiyasının nüfuzunu daha da artıracaq və YAP-ın cəmiyyətdə aparıcı mövqeyini davamlı və hərtərəfli edəcək”