YAP-ın Təftiş Komissiyasının növbəti iclası keçirilib

Noyabr ayının 26-da Yeni Azərbaycan Partiyasının Təftiş Komissiya­sının fəaliyyət istiqamətinə dair növbəti iclası keçirilib. 

İclasda Təftiş Komissiyasının fəaliyyət prinsipləri, qaydaları və digər əsas məsələlər öz əksini tapıb. İclasda Yeni Azərbaycan Partiyasının Təftiş Komissiya­sının üzvləri Sevinc Hüseynova, Sadiq Qurbanov, Aydın Hüseynov,Cavanşir Paşazadə, Vüqar İskəndərov,Musa Musayev, Məlahət İbrahimqızı iştirak ediblər.

Müzakirələr zamanı Komissiya üzvləri çıxış edərək rəy və təkliflərini bildiriblər.