YAP-ın təşəbbüsü ilə bu gündən sosial aksiya başlayır FOTO

Bu gündən Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə “Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiyaya start verilib.

Trend-in məlumatına görə, aksiyaya partiyanın Nizami rayon təşkilatının fəal üzvləri, könüllüləri də qoşulublar. Onlar tənha, ahıl, qayğıya ehtiyacı olan insanların evlərində olub, gigiyenik vasitələr aparıblar. Qayğıya ehtiyacı olan yaşlı insanlara Koronavirus təhlükəsi və ondan qorunma üsulları barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, aksiyanın məqsədi əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.

YAP-ın təşəbbüsü ilə bu gündən sosial aksiya başlayır (FOTO) - Gallery Image

XALQ.AZ