YAP Təftiş Komissiyasının növbəti iclası keçirilib

İyulun 18-də Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının növbəti iclası keçirilib.

YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın gündəliyi və müzakirəyə çıxarılan məsələlər barədə iclas iştirakçılarını məlumatlandırıb.

İclasda partiyanın Bakı şəhəri üzrə yerli təşkilatlarında aparılan təftiş zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması barədə Təftiş Komissiyasının qərarlarının icra vəziyyəti, cari ilin ikinci yarımilliyi üzrə iş planı və partiyanın yerli təşkilat aparatlarında təftişin aparılmasına dair Təftiş Cədvəli və digər cari məsələlər müzakirə olunub.

YAP Təftiş Komissiyasının üzvləri gündəlikdə duran məsələlərə münasibət bildiriblər.

Müzakirələrdən sonra gündəliyə çıxarılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.