Yaralı əsgərlərdən xəbər var

Asker-1

Ötən həftə cəbhə xətində baş verən döyüşlərdə yaralanan və müalicə üçün dünən Türkiyəyə göndərilən 3 Azərbaycan əsgərindən xəbər var.

XALQ.AZ-ın məlumatına görə, Türkiyənin Səhiyyə Nazirliyinin nümayəndəsi Osman Arıkan Nacar bildirib ki, yaralılardan birinin vəziyyəti ciddidir, digərlərinin vəziyyətinin isə yaxşıdır. Ümumi vəziyyəti pis olan xəstənin bir gözü amputasiya olunub. Əsgərlərdən daha birinin isə ayağı amputasiya edilib.