Yararsız məhsullar məhv edildi

 

43

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlaka yararsız məhsullar aşkar edilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakının Binəqədi, Xəzər rayonlarında, Göygöl, İsmayıllı, Şəmkir, Beyləqan, İmişli şəhərlərində, Abşeron, Masallı, Ağdam, Füzuli rayonlarında aparılan yoxlamalar zamanı ümumilikdə 900 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati cərimələr tətbiq olunacaq.