Yarmarkalarda antisanitariya

 

2

 

Kənd təsərrüfatı yarmarkaları xəstəlik mənbəyinə çevrilir – SOS

 

Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili artıq ənənə halını alıb. Qeyd edək ki, paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə təşkil edilən yarmarkalar bir vaxtlar qiymətlərinin ucuzluğu ilə fərqlənsə də indi vəziyyət tamamilə fərqlidir. XALQ.AZ-ın əməkdaşlarının satış yarmarkalarında apardıqları reydlər zamanı qiymətlərin bazarlardan heç də fərqlənmıədiyi aşkarlanıb. Daha acınacaqlı vəziyyət isə kənd təsərrüfatı yarmarkalarında satışa çıxarılan məhsulların antisanitariya şəraitində əhaliyə təqdim olunmasıdır. Bir yandan qiymətlərin bahalılığı, digər tərəfdən isə yarmarkalarda antisanitariya şəraitinin hökm sürməsi vətəndaşların haqlı naraqzılıqlarına səbəb olmaqdadır. Doğurdan da küçənin ortasında, necə gəldi tökülüb satılan məhsulların sonradan hansısa xəstəliklərə səbəb olmayacağına heç kim təminat verə bilməz. Bir vaxtlar Azərbaycan dövlətinin əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə təşkil etdiyi kənd təsərrüfatı yarmarkalarının indi xəstəlik mənbəyinə çevrilməsi isə yalnız təəssüf doğurur. Məsələylə bağlı saytımıza daxil olmuş faktları müvafiq dövlət orqanlarına təqdim etməklə mövzuya yenidən qayıdacağıq.