Yasamal könüllülərinə sertifikatlar təqdim edildi

Yasamal rayon İcra Hakimiyyətində rayonun ictimai-siyasi həyatında məhsuldar fəaliyyətinə görə bir qrup könüllüyə sertifikatlar təqdim edildi.

XALQ.AZ xəbər verir ki,tədbiri giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, cənab Prezident İlham Əliyevin sərəncamı ötən il ölkədə Könüllülər ili elan olnmuşdu. Buna uyğun olaraq Yasamal rayon İcra Hakimiyyətində xüsusi tədbirlər planı tərtib edildi və il boyu icra edildi.Elşad Həsənov Azərbaycan xalqının əsrlər boyu könüllü və təmənnasız kömək ənənələrini yaşatdığını bildirdi. Bu gün də bu ənənələr yaşayır və könüllülər öz təşəbbüskarlığı ilə bu fəaliyyətə yeni nəfəs verir. Ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində könüllülər mühüm rol oynamışlar. Yasamal rayon İcra Hakimiyyətnin başçısı Elşad Həsənov könülüllərin 44 günlük Vətən müharibəsi zamanı arxa cəbhədə və pandemiya dövründə xüsusi fəallıq nümayiş etdiklərini xatırlatdı və onlara minnətdarlığını bildirdi.Tədbirin sonunda Yasamal könüllülərinə sertifikatlar təqdim edildi və xatirə fotoları çəkildi.