Televiziya binası yanır-Yenilənib

9

 

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın Zərdabi – 71 a ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasında qeydə alınıb. Hazırda yanğınsöndürənlər yanğının qarşısını almağa çalışırlar.

 


 

Bakıda iki media qurumunun yerləşdiyi binada baş verən yanğın söndürülüb.

Xalq.az məlumatına görə, hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğının genişlənməsinin qarşısını alıb.

Yanğın İnşaatçılar” metrostansiyası yaxınlığında yerləşən Zərdabi – 71 a ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasında qeydə alınıb. Alov 19 kvadratmetr ərazini əhatə edib.

Qeyd edək ki, həmin binada Mediaforum saytı və Vision TV internet televiziyasının ofisi yerləşir.