Yasamalda ekoloji aksiya keçirilib

Yasamal rayonunda ekoloji aksiya keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Sərəncamı ilə əlaqədar Yasamal rayonunda ekoloji aksiya keçirilib. Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal Bələdiyyəsi və “Baku Hotel Company” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə rayon ərazisində ağacəkmə aksiyası baş tutub.
Aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin, Yasamal Bələdiyyəsinin məsul əməkdaşları, Baku Hotel Company nümayəndələri, gənc fəallar və könüllülər iştirak ediblər. Aksiya çərçivəsində eldar şamı və digər növ ağaclar əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Yasamal rayonunda yaşıl zonaların genişləndirilməsi və bu ərazilərə xidmətin göstərilməsi üzrə aksiyalar davam edir.