Yasamalda tədbir keçirildi

Bu gün Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yeni sədrinin təyin edilməsi münasibətilə toplantı keçirilib.

İclasda Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov,YAP Yasamal rayon təşkilatının sədri təyin edilən Bəxtiyar Nəbiyev, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev, şöbə müdirinin müavini Rafael Gülməmmədov və digər şəxslər iştirak ediblər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Bəxtiyar Nəbiyevə yeni vəzifədə uğurlar arzu edib və cənab Prezident İlham Əliyevin siyasətini qarşılıqlı əməkdaşlıq şəkilində icra edəcəklərini bildirib.YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev isə yeni sədrin partiya sıralarındakı fəaliyyətindən bəhs edib. Öz növbəsində Bəxtiyar Nəbiyev partiyada yeni vəzifənin onun üçün böyük məsuliyyət və etimad olduğunu qeyd edib.