Yasamalda YAP ərazi partiya təşkilatının iclası keçirilib

Yasamal rayon İcra Hakimiyyətində YAP ərazi partiya təşkilatının iclası keçirilib

Bu gün Yasamal rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyası (YAP) ərazi partiya təşkilatının iclası keçirilib.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, rayon İcra Hakimiyyəti aparatının əməkdaşları və YAP üzvləri iştirak ediblər.

Tədbiri Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov açaraq partiyanın ərazi təşkilatının fəaliyyətinin əhəmiyyətindən bəhs edib.

Elşad Həsənov bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi, hərbi,diplomatik uğurlara nail olması Vətən müharibəsində qələbəmizin həlledici amilləri oldu.Qeyd olundu ki, Vətən müharibəsində tarixi zəfər əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində mümkün oldu.Həmçinin Ulu Öndərin 90-cı illərdə Azərbaycanı xaosdan necə xilas etdiyindən bəhs olundu. Bu mənada o zaman YAP-ın müstəsna rolundan söz açıldı.Yasamal rayon İcra Hakimiyyətinin başçısı YAP rayon təşkilatı ilə qarşılıqlı işgüzar münasibətlərə toxundu və bununla əlaqədar öz tövsiyyələrini verdi.YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev isə bildirdi ki, rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının amalı birdir- cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin icrasını təmin etməkdir.Bildirildi ki, bu məqsədlə icra strukturları və partiya fəalları əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcəklər.Daha sonra ərazi partiya təşkilatının sədri Vaqif Məmmədovun hesabatı dinlənildi. Hesabat səs çoxluğu ilə qənaətbəxs hesab olundu. Daha sonra təşkilati məsələlərə baxıldı və Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova ərazi partiya təşkilatının sədri, Nazilə Rəhimova isə müavini seçildilər.