Yaşı 65-dən yuxarı olanlar SMS-lə icazə ala biləcəklər?

“Evdən çıxmaq üçün yaşı 65-dən çox olan şəxslər icazə SMS-i alsalar belə, onların evdən çıxması karantin rejiminin pozulması kimi qiymətləndiriləcək”.

XALQ.AZ-ın məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib.

O qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə bağlı bütün qərarları qüvvədədir:

“Həmçinin fəaliyyətinə icazə verilən qurumlar 65 yaşdan yuxarı əməkdaşları üçün icazə alsalar və onlar evdən çıxsalar, bu da karantin rejiminin pozulması sayılacaq”.