Yaşlı qadını maşın vurdu – Bakıda

Sabunçu rayonunda 78 yaşlı qadın yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alıb.
XALQ.AZ xəbər verir ki, Pirşağı qəsəbəsində dəniz kənarında minik avtomobili piyada, 1941-ci il təvəllüdlü Xasanova Minagül Farux qızını vurub.
Qadın ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Yeganə