Yatanda pəncərələri bağlayın – Alimlərdən məsləhət

Almaniyanın İohan Qutenberq Universitetinin alimləri gecələr yatan zaman pəncərələri bağlamağı məsləhət görürülər.
Aalmaniyalı tədqiqatçılar təcrübələrinin nəticələrini “Noise&Health” jurnalında dərc ediblər.
Bildirilir ki, yuxu zamanı beyin oyaq olur və daha çox səs-küyü qəbul edir, bu da gecənin stresli keçməsinə səbəb olur. Səs-küy stress hormonlarının, o cümlədən kortizolun artmasına gətirib çıxarır ki, bu da uzun müddətdə yüksək xolesterol səviyyəsinə və yüksək qan təzyiqinə səbəb ola bilər.
Alimlərin fikrincə, insanların gecə vaxtı səs-küyü təhlükə siqnalı kimi qəbul etməsi onlara uzaq əcdadlarından “miras qalıb”. Alimlər avtomobil yollarının yaxınlığında yaşayan şəhər sakinlərinə pəncərələri bağlayaraq yatmağı tövsiyə edirlər.

 

 

 

Yeniavaz.com