Yataqxana ilan hücumuna məruz qaldı

Ilan

Paytaxtın mərkəzindəki yataqxanalardan birində ilan tapılıb.

Paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsi, 1 ünvanındakı Texniki Universitetin yataqxanasının 4-cü mərtəbəsində qəfildən ilan peyda olub. Belə ki, ilan blokun tavanında görünüb, daha sonra o, dayanıb qonşuları ilə söhbət edən xanımın üzərinə düşüb. Ancaq xoşbəxtlikdən ilan onu sancmayıb. Sadəcə xanımın üzərinə düşən ilan elə onun üzərindən də aşağıya doğru hərəkət edib. Bunu görən qonşular təşvişə düşüb. Sürünən elə dərhal qonşular tərəfindən zərərsizləşdirlib.

Yataqxana sakinləri deyr ki, bir il bundan öncə də belə ilanlar bu binaya qonaq gəlibmiş. O, vaxtdan bu günə yaşayış yerinə sürünənlərin əleyhinə zərdab vurulmaması sakinlərin hiddətinə səbəb olub.

Uçuq-sökük bu köhnə binanın demək olar ki, divarlarında müxtəlif cür dəliklər var. Sakinlər artıq çarəsizlikdən həmin dəlikləri özləri qapamağa məcbur olub. Hər halda aidiyyatı qurumlar bu binada mövcud vəziyyəti nəzərə alıb hər hansı bir tədbir görə bilər ki, burda yaşayan sakinlərin sürünənlər hücumuna məruz qalmasın.