Yatdığı yerdə qətlə yetirilən səfil

Meyid

İzmirdə səki daşıyla başı əzilən tullantı kağız toplayıcısının cəsədi tapılıb.

Öldürülən şəxsin yatdığı zaman qətlə yetirildiyi məlum olub.

Ötən gün səhər saatlarında, Yaşıldərə yolu yanındakı parkda, qanlar içərisində yerdə yatan bir kişiyə aid cəsədi görənlər polisə bu haqda məlumat veriblər.

Polislər hadisə yerinə gəliblər. Məlum olub ki, qətlə yetirilmiş şəxs səfil həyatı çəkirmiş və Hakan adı ilə bilinirmiş. Küçədə, zibilliklərdə atılmış kağızları toplayır və bununla yaşayırmış. Və bəzən də narkotik vasitədən istifadə edirmiş. Onu kimin və nə üçün öldürdüyü məlum deyil. Məlum olan budur ki, Hakan adı ilə tanınan şəxsi öldürən cinayətkar və ya cinayətkarlar, onu qəddarlıqla qətlə yetiriblər.

Onu yatdığı yerdə başına səki daşı ilə bir neçə dəfə vuraraq öldürüblər.