Yaxın günlərdə məhkəmə başlanacaq

Zaqatala rayon İcra Hakimiyyəti başçısının Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Huşanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işi baxılması üçün Zaqatala rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Tural Həsənovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Məhəmməd Huşanov Zaqatala rayon İcra Hakimiyyəti başçısının Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifədə işləyərkən müvafiq arayışların verilməsi üçün rüşvət alıb, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib.
O, Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.