media-anarrr

Müştəriləri ilə mütəmadi problem yaşayan “Yelo Bank” növbəti dəfə 4 nəfərlik ailənin mənzilini əlindən almaq üçün məhkəməyə müraciət edib.

XALQ.AZ xəbər verir ki, bank Əhmədov İntiqam, Əhmədova Əzimə, Əhmədova Samirə və Əhmədov İldırmla bağlı iddia qaldırıb. İşin mahiyyəti mənzil mübahisəsidir. Bank sözügedən ailəni mənzilindən çıxarmağa çalışır.

İşə Şəki Apellyasiya Məhkəməsində baxılır. 27 fevral tarixində hakim iclas keçiriləcək. İş hakim Elman İsayevin icraatındadır.

Qeyd edək ki, “Yelo Bank” müştəriləri ilə ən çox problem yaşayan banklardandır. Bu bankın ay ərzində 100-dən çox məhkəmə çəkişməsi olur. Təkcə fevral ayında məhkəmələrdə “Yelo Bank”la bağlı 109 işə baxılacaq.

 Qeyd edək ki, “Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənovdur.Tribunainfo.az

Tərəfləri dinləməyə hazırıq.


media-ads-728x90

Bənzər xəbərlər