Xəbər verdiyimiz kimi ölkədə  bələdiyyə seçkiləri keçirilib.

MSK-nın  bəzi dairələrdə pozuntu olması ilə bağlı  rəsmi məlumat verib,  həmçinin seçkilərdən sonra  20 müraciət daxil olub və araşdırırlır.

XALQ.AZ-a daxil olan məlumata görə bəzi seçki dairələrinin məntəqələrində “KARUSEL”  həyata keçirilib.  Bu proses 109 saylı Qazax seçki dairəsi üzrə məntəqələrdə baş verib. Belə ki, ADY-nın Qazax Dəmir yolları idarəsinin əməkdaşları bir neçə məntəqədə səsverdiyi yerdə aşkarlanıblar.

Videoda göründüyü kimi səsverməyə gələn idarənin əməkdaş bildirib ki, “Dəmir yol idarəsinin rəsinin tapşırığı  ilə səsverməyə gəliblər”.

  XALQ.AZ məlumat verir ki, video sosial platformada yayımlanıb.

Bu məsələ ilə bağlı ADY-dan heç bir açıqlama almaq, həmçinin  Qazax Dəmir yolları idarəsi ilə əlaqə yaratmaq mümkün olmadı.

Qurumun açıqlmasını dərc etməyə hazırıq.


media-ads-728x90

Bənzər xəbərlər