“Qala Sığorta“ müştərilərini necə aladıdır?-Şikayət
“Qala Sığorta” şirkəti premium sığorta olunan müştərisinin diz əməliyyatına görə xəstəxana ödənişlərini öhdəliyinə götürmür.
XALQ.AZ Qaynarinfo-ya istinadən məlumat verir ki, şikayətçi Zaur Sarıyev ağır neft sənayesində çalışdığını və təmsil etdiyi şirkət tərəfindən “Qala Sığorta” şirkətində premium sığorta olunduğunu bildirib.
Bir müddət əvvəl sol diz nahiyəsində baş verən ağırılara görə Gömrük Hospitalına müraciət edib. Sözügedən xəstəxanada Zaur Sarıyevə diz nahiyəsindən təcili “meniski” əməliyyatı təyin olunub.
Zaur Sarıyev sözügedən sığorta şirkətinə əməliyyat xərclərinin ödənilməsi üçün müraciət edib. Şikayətçi iddia edir ki, “Qala Sığorta” şirkətinin əməkdaşları onun müraciətinə bir gün ərzində baxdıqdan sonra sözügedən əməliyyatı qarşılamayacaqlarını deyiblər: “Halbuki insan orqanizimində yaranan problemlərin aradan qaldırılması üçün xəstəxana xərclərini premium sığorta etməlidirlər”.