Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədovun tender oyunu -10 milyon manat……
Bir çox qurumlar kimi KTN də Layihə haqqında geniş məlumat verməyib. Nazirlik süni intellekt modelləri əsasında kənd təsərrüfatı məhsullarının, bütövlükdə aqrar sektorun inkişafının proqnozlaşdırılması sistemini hazırlamağı hədəfləyib.
Düşünmək olar ki, süni intellektlə Yerin müşahidəsi peyklərinin çəkdiyi görüntüləri analiz edərək kənd təsərrüfatı sahələrində məhsul vəziyyətini və gözlənilən məhsuldarlığı təyin etmək, monitorinqlər aparmaq, iqlim dəyişikliklərini nəzərə alaraq məhsuldarlıq proqnozlaşdırmaq, Aİ modellər hazırlamaq və s. nəzərdə tutulub.
Maraqlıdır ki yetərli data olmadığı bir halda bu tip modellər necə yaradılacaq görəsən? Bu haqlı sualı doğru olaraq İKT üzrə ekspert Osman Gündüz qabardıb və təəssüflə bildirib ki, layihə haqqında heç bir əlavə məlumat tapmaq mümkün deyil.
Görünür ki, ölkədə süni intellektin inkişafına cavabdeh olan qurumların da bu layihə haqqında məıumatları yoxdur. Onların da açıqlamalarda bu haqda heç bir məlumata rast gəlmək mümkün deyil.
Yeri gəlmişkən, Osman Gündüz onu da əlavə edib ki, hazırda diqqət cəlb edən məsələlərdən birisi odur ki süni intellekt sahəsində layihələrin reallaşmasında koordinasiya yox dərəcəsindədir.
Ölkəmizdə İN tərəfindən süni intellekt ekosistemin inkişafı üçün böyük bir Superkompüter Mərkəzi qurulur. Hamının bəhrələnməsi nəzərdə tutulub. Amma hamının, maraqlı tərəflərin, startap və innovasiya ekosistemin, elm və təhsil sektorunun, biznes və dövlət qurumlarının bu infrastrukturdan istifadəsini təşkil edəcək mexanizmlər, kordinasiya hələlik gözə dəymir. Superkompüter Mərkəzindən hamının effektiv istifadəsi üçün indidən münbit şərait yaradılması vacibdir.
Ümumiyyətlə isə, Kənd Təsəsrrüfatı Nazirliyində əvvəllər daha çox ictimai müzakirələr təşkil olunardı, maraqlı tərəflər cəlb olunardı və rəqəmsal transformasiya məsələləri müzakirə olunardı .
Təsəvvür edin ki, rəqəmsal tarnsformasiya ilə əlaqəli 10 milyonluq bir layihə icra olunur, amma heç yerdə bu haqda məlumat yoxdur.
Mövcud rəqəmsal kənd təsərrüfatı sistemi də elə çoxdan qurulandır, elə bir yenilənmə aparılmayıb.
AzadMedia.az