Yenə su problemi

Su

Bakının bir hissəsində içməli suyun verilişində fasilələr olacaq.

“Azərsu” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri Nərimanov rayonu, Z. Bünyadov prospekti ilə Ə.Rəcəbli küçələrinin kəsişmələrindən keçən 1000 mm diametrli magistral su xəttinin yenidən qurulması ilə əlaqədar 10 iyul 2014-cü il tarixində gün ərzində Nərimanov rayonun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.