Yeni ailə quranlara kredit veriləcək

Türkiyədə ailə quracaq gənclər üçün evlilik kreditlərinə başlanılır.

XALQ.AZ türk mediasına istinadla xəbər verir ki, 48 aylıq kredit ilk növbədə fevralın 6-da baş vermiş zəlzələlərdə zərər çəkmiş 4 şəhər və bəzi rayonların gənclərinə veriləcək.
Ödəniş cədvəlində ilk kredit 2026-cı ilin iyununda başlayacaq. Kreditdən istifadə edəcəklər üçün yaş həddi və digər ödənişlər Fondun rəhbərliyi tərəfindən müəyyən ediləcək.
Fond Xəzinədarlıq və Maliyyə Nazirliyinə tabe olacaq. İdarə heyətinə Xəzinədarlıq və Maliyyə, Ailə və Sosial Xidmətlər, Gənclər və İdman, Enerji və Təbii Sərvətlər, Sənaye və Texnologiya nazirlərinin müavinləri daxil olacaq.
2023-cü il rəqəmlərinə əsasən, Fondun ilk gəlir mənbəyinin 4,5 milyard lirə olacağı gözlənilir. Səhiyyə, Ailə və Sosial Məsələlər Komissiyasının sədr müavini Orxan Atəş fonddan yalnız Türkiyə vətəndaşlarının yararlana biləcəyini bildirib.