Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda

Dekabrın 11-də Yeni Azərbaycan Partiyasının nümayəndələri müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar

.Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.