Yeni bələdiyyə yaranır

74

 

“Bakı şəhər bələdiyyəsinin yaradılmasına ehtiyac var”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, bu həm də beynəlxalq təşkilatların tələbidir: “Bakı şəhər bələdiyyəsinin yaradılması vacibdir. Çünki icra hakimiyyətinə ayrılan külli miqdarda vəsaitlər çox vaxt səmərəli istifadə olunmur. Əgər bu pararalellik aradan qaldırılsa, həmin vəsaitlərin daha səmərəli istifadə olumasına gətirib çıxaracaq.”