Yeni Baş prokuror kollektivə təqdim olundu

Azərbaycanın yeni Baş Prokuroru Kamran Əliyev kollektivə təqdim olunub.

XALQ.AZ-ın məlumatına görə, Baş Prokurorluğun inzibati binasında yeni Baş prokurorun təqdimat mərasimi keçirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Kamran Əliyev Azərbaycanın Baş prokuroru təyin edilib.