“Yeni Daşkəsən” layihəsi

Ehed

“Yeni Daşkəsən” layihəsi bütün rayon ictimaiyyəti tərəfindən dəstəklənir. Layihə ilə əlaqədar Möhtərəm Prezidentimizə, Baş nazirə, aidiyyəti nazirliklərə, komitələrə, şirkətlərə müraciətlər olunub”

XALQ.AZ xəbər verir ki, bu barədə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev hakim partiyanın saytına verdiyi müsahibəsində bildirib.

İcra başçısının sözlərinə görə, artıq Nazirlər Kabinetində baxılaraq, yeni layihədə nəzərdə tutulan məsələlərin həlli barədə aidiyyəti nazirliklər, qurumlar tərəfindən müsbət rəylər alınıb.

“Layihədə rayonun sosial-iqtisadi inkişafı, təbii iqlim şəraiti, rayonda kənd təsərrüfatının mövcud vəziyyətinin təhlili, ayrı-ayrı sahələrin- heyvandarlığın, arıçılığın, kartof istehsalı və toxumçuluğun, taxılçılığın, rayonda turizmin inkişaf dinamikası, yeni inzibati binaların, korpusların tikilməsi, rayonun su, qaz, işıq və yol məsələlərinin, ən əsası isə yeni iş yerlərinin açılıb, işsizliyin aradan qaldırılması başlıca məqsəd kimi qarşıya qoyulub.

Dövlət başçısı İlham Əliyevin kənd və rayonlar qarşısında qoyduğu tələb- kəndi rayona, rayonu şəhərə çevirmək niyyəti layihədə öz həllini tam tapıb. Qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaqla Daşkəsənin inkişaf dinamikası daha da sürətləndiriləcək, simasını daha da gözəlləşdiriləcək. Bu gün böyük fəxr hissi lə qeyd edirik ki, dövlətimizin uğurlu siyasəti nəticəsində paytaxt və bölgələr arasında fərq aradan götürülüb, artıq regionlarımız da beynəlxalq əhəmiyyətli tədbirlər üçün əsas məkan seçilir”-deyə Ə.Abıyev qeyd edib.