Yeni doğulan körpələr də səs verəcək

Ses

“İsveçrənin uşaq lobbisi” ictimai təşkilatı maraqlı bir təkliflə parlamentə mürəciət edib. XALQ.AZ-ın məlumatına görə, təşkilat qanunverici orqana bundan sonra yeni doğulan uşaqlara da səs hüququ verilməsini müzakirə etmək təklıfini verib.

“Mən uşaq səsvermə hüququnun ailələrimizi də möhkəm, sarsılmaz edəcəyinə inanıram” deyə “Uşaq lobbisi” təşkilatının sədri Annelis Münx (Annelies Münch) bildirib. Bundan əlavə təşkilat üzvləri hesab edir ki, yeni qanun isveçrəlilərin də siyasi fəallığını artıracaq.

Yerli mətbuatın xəbərində o da qeyd edilir ki, “Uşaq lobbisi” təşkilatının bu günə qədər bütün təklifləri parlament tərəfindən rədd edilib. Hələ ki, aktivistlər şərqi İsveçrənin Qlarus kantonunda seçicilərin yaşını iki il azalda biliblər. Artıq gənc seçicilər burada 16 yaşdan etibarən səsvermə hüququna malikdirlər.