Yeni dövlət standartları təsdiq edildi

12

 

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Nəqliyyat vasitələrinə texniki xidmət və təmir. Ümumi təhlükəsizlik tələbləri” dövlət standartı M,N,O kateqoriyalarında olan mexaniki nəqliyyat vasitələrinin bütün texniki xidmətinin, təmirinin təhlükəsizlik qaydalarını müəyyən edən, “Avtoservis müəssisələrində nəqliyyat vasitələrinə xidmətlər. Xidmət qaydaları” dövlət standartı avtoservis müəssisələrində nəqliyyat vasitələrinə xidmət qaydalarını müəyyən edən, “Məişət xidməti. Bərbərxana xidmətləri. Ümumi texniki tələblər” standartı bərbər xidməti həyata keçirən salonlar və burada çalışan işçilərə olan tələbləri əhatə edən, “İş və xidmətlərin sertifikatlaşdırılması. Əsas müddəalar” Bərqərar olmuş təcrübəni əks etdirən Texniki Məcəllə özündə işlərin və xidmətlərin sertifikatlaşdırılmasını tənzimləyən əsas müddəaları əks etdirən, “İnformasiya texnologiyaları. Biometrik verilənlərin mübadilə formatları. Hissə 2: Minutsiya verilənləri” standartı minutsiyanın fundamental anlayışından istifadə etməklə barmaq izlərinin təqdim edilməsi üçün konsepsiya və verilənlərin formatlarını muəyyən edən standartlar təqdiq edib.

Komitədən Xalq.az-a  verilən məlumata görə, həmçinin “İnformasiya texnologiyaları. Biometrik verilənlərin mübadilə formatları. Hissə 4: Barmaq təsviri məlumatı” standartı bir və ya daha çox barmaq, yaxud ovuc təsviri sahələrindən olan məlumatın saxlanılması, qeydə alınması və oturulması üçün qeydə alınmış məlumatın mubadiləsi formatını muəyyənləşdirir. Bu, şəxsin qeydə alınması, yoxlanılması, yaxud eyniləşdirilməsi üçün istifadə oluna bilən barmaq təsviri məlumatının mubadiləsinin məzmununu, formatı və ölçü vahidlərini təyin edən, “İnformasiya texnologiyaları. Biometrik verilənlərin mübadilə formatları. Hissə 5: Üz təsvirinin verilənləri” standartı bir və ya bir neçə üz təsvirindən və ya üz təsvirlərinin qısa videoverilənlərinin axınından informasiyanın saxlanılması, yazılması və ötürülməsi üçün yazı formatlarını muəyyənləşdirir. Bura üz təsvirinin alınması şərtləri, üz təsvirinin fotoqrafiya xususiyyətləri, üz təsvirinin rəqəmli təsvir əlamətləri aiddir.