Yeni ilə qədər evlər sahiblərinə təhvil veriləcək

71

 

“Jurnalistlər yeni ilə qədər mənzillərinə köçəcəklər”.

Bunu AzVision.az-a açıqlamasında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

“Hələ yeni il gəlməyib ki… Yeni ilə qədər evlərin sahiblərinə təhvil verilməsini demişdik. Demişiksə, edəcəyik. İşlər gedir”-deyə, V.Səfərli qeyd edib.

KİVDF-nın icraçı direktoru jurnalistlər üçün tikiləcək ikinci binadan da danışıb. Onun sözlərinə görə, binanın tikintisi üçün şirkətlərlə anlaşma, sənəd işləri də öz qaydasında həll edilir.

Qeyd edək ki, Yeni Salyan yolu, 22-də yerləşən binanın açılış mərasimi iyulun 22-də olub, 156 mənzilin sahibləri müəyyənləşib.

Birinci binanın açılışından sonra, Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikiləcək ikinci binanın təməli qoyulub. Bina 17 mərtəbəli və 3 bloklu olacaq. Burada 1, 2, 3 və 4 otaqlı mənzillər istifadəyə veriləcək. Bina zəruri infrastrukturla təmin ediləcək.