Yeni il bayramının keçirilməsinə 74 min manat xərclənəcək

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni il bayramının keçirilməsi ilə əlaqədar elan etdiyi açıq tenderin nəticəsi məlum olub.

XALQ.AZ xəbər verir ki, tenderin qalibi “Sintra-L” MMC-dir.

Qalib şirkətə 73 986 manat ödəniləcək. 

XALQ.AZ