Yeni internet televiziya yaradılıb

Azərbaycanda “Kanal 5” adlı yeni internet televiziya yaradılıb.

XALQ.AZ xəbər verir ki, tezliklə maraqlı verilişlər, reportajlar, müzakirələr və müsahibələrlə media ailəsinə qovuşacaq televiziyanın əsas məqsədi ölkəmizdə və dünyada baş verən ictimai-siyasi, hadisələri işıqlandırmaq, media aləminə töhfələr verməkdir.
Tamaşaçılar televiziyanın efirində vətənpərvərlik, araşdırma, təhlil xarakterli verilişlərlə yanaşı, tanınmış siyasətçilər və diaspor nümayəndələri ilə vaxtaşırı müsahibələr, həmçinin sosial-iqtisadi, mədəni sahələrdən proqramlar izləyə biləcək.

“Kanal 5” www.kanal5.az saytı ilə yanaşı, bütün sosial şəbəkələrdə (instagram: @kanal5_tv , facebook: “Kanal 5 tv”, Youtube: “Kanal 5”) yayımlanacaq.

 

Orxan