Yeni “iPhone” məhsulları Bakıya nə vaxt gətiriləcək?

Ötən gün Kaliforniyada Stiv Cobs teatrında “Apple” şirkətinin yeni məhsullarının təqdimat mərasimi keçirilib.

XALQ.AZ xəbər verir ki, bir müddət əvvəl dünyanın ən bahalı şirkəti seçilən “Apple” iPhone smartfonlarının 3 yeni modelini (Xs, Xs Max və X r) və iWatch 4s-i təqdim edib. Gözləniləndən fərqli olaraq iPhone nədənsə 9 modelini istehsal etməyib. Tim Kukun dediyinə görə modellər xs (ikses) deyil, (ten es) kimi tələffüz olunur.

Telefonların 3-ü də bir-birinə, üstəlik də ötənilki iPhone X modelinə bənzəyir. Smartfonlarda, sadəcə, cüzi dəyişikliklər edilib. Bu modellərdə “home button” adlanan düymə yoxdur. Bu modellər üçün maksimum yaddaş 512 gb-dır.

Yeni iPhone Xr adlanan büdcəli model çıxarılıb ki, funksionallığı çox, qiyməti isə, digərlərinə nisbətən ucuzdur. LCD ekranla təchiz olunub. Qırmızı, sarı, göy, qara və ağ rəngləri var. Bu, iPhone-nun 5c modelini xatırladır.

iPhone Xs və Xs Max modellərinin arxa tərəfində iki kamera var. Kameraların hər biri 12 meqapikseldir. Ön kamera isə 7 meqapikseldir. Xs modeli X-dən yarım saat, XS Max isə 1 saat çox enerji saxlaya bilir. Hər iki modelin ekranı OLED-dir.

Bu il iPhone modelləri üçün yeganə təqdir olunacaq üstünlük, ilk dəfə olaraq iki nömrənin bir telefonda istifadə edilə bilinməsidir. Belə ki, artıq iPhone-də iki nömrədən istifadə etmək olacaq. Nömrələrdən biri adi simkart, digəri isə elektron sim kart şəklindədir. Elektron simkart isə hazırda, sadəcə, məşhur ABŞ operatorlarında mövcuddur.

Modellər Bakıya gələn ayın ortalarında gətiriləcək. Köhnə modellərin qiymətində isə cüzi endirim olacaq.

Qiymətlər 800 dollardan başlayıb, 1300 dollara qədər bahalaşır.

iWatch 4s-in ekranı əvvəlki modelə nisbətən 30 faiz böyükdür. Saatın arxası qara keramikadan hazırlanıb. Yeni modeldə yuxu rejimini ölçmə cihazı və ürəkdöyüntülərini hesablama qurğusu daha da təkmilləşdirilib. 64-bit dual core prosessora malikdir. Bu da sürətin iki dəfə artıq olacağını deməyə əsas verir.

Hətta, iWatch o qədər “ağıllı”dır ki, siz yıxıldığınız zaman hiss edəcək və bir dəqiqədən artıq hərəkətsiz qalsanız, təcili tibbi yardım xidmətinə zəng edəcək. Saatda kardioqramma ölçən də quraşdırılıb.

iPhone modellərinin əldə ilk görüntülərini təqdim edirik:

 

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.