Yeni musabiqə elan olundu

49

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu bu gündən etibarən elan edilmiş müsabiqədə iştirak üçün qrant layihələrinin qəbuluna başlayıb.

Xalq.az xəbər verir ki, qrant layihələri onlayn rejimdə elektron formada qəbul ediləcək.

Fondun rəsmi saytında layihələrin biznes planının strukturu və digər tələb olunan sənədlər haqda məlumatlar yerləşdirilib. Müsabiqənin qalibləri təxminən iyun ayında məlum olacaqlar.

Layihələrə 10 mindən 300 minədək vəsait ayrılması nəzərdə tutulub. Qəbul edilməyən layihələrin müəlliflərinə əsaslandırma təqdim ediləcək və bu sənəddə layihənin hansı kriterilərə uyğun gəlmədiyi izah olunacaq.

Müəlliflər üçün VÖEN layihə qəbul olunduqdan sonra açılacaq ki, müəllif xərclərə və problemlərə məruz qalmasın.

Qeyd edək ki, hesab mütləq Azərbaycanda fəaliyyət göstərən bankda açılmalıdır.