Ədliyyə nazirliyində kadr islahatlarına başlanılır

Yaxın vaxtlarda Ədliyyə Nazirliyində ciddi kadr islahatları aparılacaq.
Daxil olan məlumata görə, təqaüd yaşı ötmüş bir neçə nazir müavini vəzifəsindən azad ediləcək.
Həmçinin nazirlikdə bir sıra baş idarələr birləşdiriləcək və yeniləri yaradılacaq. Mövcud olan idarə və mərkəzlərdə də kadır islahatları aparılacaq.
Kadır və struktur islahatlarının regional ədliyyə idarələrində də aparılacağı istisna edilmir.
Qeyd edək ki, bu ilin fevral ayında Fərid Turab oğlu Əhmədov ədliyyə naziri təyin edilib.