Yeni nazir müavini təyin edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı nazirinin müavini təyin edilib.
XALQ.AZ xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən Fikrət Həsənov Naxçıvan kənd təsərrüfatı nazirinin müavini – Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin baş direktoru təyin edilib.
Qeyd edək ki, Ali Məclis sədrinin 28 iyun tarixli fərmanı ilə Naxçıvan kənd təsərrüfatı nazirinin müavini və Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin baş direktoru vəzifəsini tutan Surxay Baramov kənd təsərrüfatı naziri təyin edilib.
Orxan