Yeni prezidentin oğlu deputatlığa namizəd olacaq

233

 

Ukrayna prezidenti Pyotr Poroşenkonun oğlu Aleksey “Pyotr Poroşenkonun bloku” Partiyasından deputat seçilmək niyyətindədir. Prezidentin böyük oğlu Vinnitsadakı 12 saylı birmandatlı dairədən namizədliyini irəli sürəcək.

Partiyanın lideri Yuri Lutsenkonun sözlərinə görə, artıq birmandatlı dairələrdən namizədliklərini irəli sürəcək şəxslərin siyahısı təsdiqlənib və orada prezidenti n oğlunun da adı var.

Bundan əlavə, Aleksey Poroşenko “Pyotr Poroşenkonun bloku”nun Siyasi Şurasına da daxil olub. Sentyabrın 14-də partiya Ali Radaya seçilmək üçün mübarizəyə qoşulacaq 200 namizədin siyahısını açıqlayıb.