Yeni stansiya ilə bağlı LAYİHƏ

“Bakı Metropoliteni” QSC III Yeni (Bənövşəyi) xəttinə aid “B4” stansiyasının yerüstü ərazisinin abadlıq sahəsinin işçi layihə-smeta sənədlərinin hazırlanması və II Mövcud (Yaşıl-Dairəvi) xəttinə aid “Dərnəgül” elektrik deposunun yerləşəcəyi ərazinin şəhərsalma əsaslandırılması işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi Bakı Dövlət Layihə İnstitutu olub.
Qalib təşkilatla 57,171 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.