Yeni televiziya açılır

Milli Televiziya və Radio Şurası Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış yeni televiziyanın açılması barədə qərar qəbul edib.

XALQ.AZxəbər verir ki, müvafiq qərar Şuranın bu gün, fevralın 28-də keçirdiyi iclasda qəbul edilib.

İxtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 11 mart 2019-cu il tarixdən 11 aprel 2019-cu il tarixədək müsabiqə elan edilib.

İclasda, həmçinin, “MEDİAART” şirkətinin kabel şəbəkəsi yayımı üçün lisenziya alınmasına dair müraciətinə baxılıb və ona abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul olunub.

 

 

Orxan