Yeni terrorçu lideri seçildi

Terror

ABŞ-ın Somalidə “Əş-Şəbab” qruplaşmasına qarşı keçirdiyi əməliyyatlar nəticəsində öldürülən qruplaşma lideri barədə açıqlama verilib.

XALQ.AZ-ın məlumatına görə, Pentaqonun sözçüsü, kontr-admiral Con Körbi sentyabrın 2-dən “Əş-Şəbab” qruplaşmanın bazası yerləşən Barave limanına hücumlar həyata keçirən ABŞ-ın hava zərbəsi ilə qruplaşmanın lideri Əhməd Qodanın öldürdüyünü bildirmişdi.

““Əş-Şəbab”ın təsisçilərindən olan Əhməd Qodanın məhv edildiyi barədə məlumatı təsdiqləyirik” – deyə Pentaqondan verilən açıqlamada yazılmışdı.

“Əş-Şəbab” qruplaşmasının internet saytında bu barədə açıqlama yer alıb. Açıqlamada bildirilir ki, Əhməd Qodan ilə yanaşı, adı bildirilməyən başqa bir komandir də öldürülüb. Qonanın yerinə isə Əbu Ubeydə Əhməd Ömər gətirilib.

Açıqlamada həmçinin, Somali hökumətinə dəstək verən Afrika ordularına qarşı mübarizələrinin davam edəcəyi vurğulanıb.

Qeyd edək ki, Əhməd Qodan 2008-ci ildən bəri “Əş-Şəbəb”ın lideri idi və ABŞ hökumətinin axtardığı terrorçular siyahısında 7-ci yerdə idi. Dövlət Departamenti isə onun axtarışına 7 milyon dollar mükafat təyin etmişdi.