“Yeni ulduz”un Aygünü hamilədir – FOTO

Tamaşaçılara illər öncə ATV-də yayımlanan “Yeni ulduz” mahnı müsabiqəsi ilə tanınan Aygün Rəhimova hamilədir.

XALQ.AZ xəbər verir ki, Aygün bu barədə şəxsi “İnstagram” hesabında məlumat paylaşıb. Müğənni hamilə vəziyyətdə kamera önünə keçərək foto çəkdirib. 

“Sizinlə məni xoşbəxt edən bir xəbəri paylaşmaq istəyirəm. Bu il mənim üçün xüsusidir. Çünki ilk dəfə ana olacam. Övladım oğlandır,” – deyə A.Rəhimova bildirib.

Qeyd edək ki, ötən il A.Rəhimova sevgilisi ilə xaricdə istirahət edən zaman foto çəkdirərək onları “İnstagram” hesabında paylaşmışdı. Şəkillərə isə ifaçı “Mənim sevgim” qısa şərhini yazmışdı. Lakin müğənni bu aylar ərzində ailə qurması ilə bağlı heç bir məlumat verməyib.

XALQ.AZ