“Yenidən ayağa qalxmaq asan olmadı…”

Stilist qardaşı Balaş vəfat etdikdən sonra səhnədən uzaqlaşan müğənni Xatun Əliyeva qayıtmaq qərarı verib.

“XALQ.AZ” xəbər verir ki, ifaçı instaqram hesabında açıqlama yayaraq müğənni kimi fəaliyyətini bərpa etdiyini bildirib:

“Həyat və səhnə arasında elə sıx bağlılıq var ki… Hər ikisi imtahanları ilə səni sınağa çəkər. Yüksələrsən, büdrəyərsən, əziyyət çəkərsən, bəhrəsin görərsən, bir anda itirərsən, çökərsən… Amma davam edərsən, davam etməlisən!

Yenidən ayağa qalxmaq asan olmadı. Onsuz davam edə bilməsəm də, elə öncə onun üçün yenidən dikəlmək və davam etmək qərarını verdim. Əminəm ki, onun yoxluğuna, ağrılarına səhnədə və sənətdə sizin sevginiz məlhəm olacaq. Ona görə də sizə, səhnəyə geri qayıdıram”.

Qeyd edək ki, Xatun “Acı” adlı yeni bir mahnı hazırlayıb. Sənətçi bəstəni yaxın günlərdə təqdim edəcək.