Yevlaxda torpağ biznesi

 

11

Yevlaxın mərkəzində bir qarış torpaq qızıl qiymətinə olub

 

Yevlaxın mərkəzində torpaq sahəsi qalmayıb. Xalq.az-a verilən məlumata görə, icra başçısı Qoca Səmədov torpaq alverinə girişmiəsindən sonra rayon mərkəzində hal hazırda bir qarış ərazi tapmaq mümkün deyil.Sakinlərin bildirdiyinə görə, icra başçısı artıq Yevlaxda torpaq saxlamayıb hamısını satıb. İddialara görə, Qoca Səmədov mərkəzində torpaqları həddindən artıq baha qiymətə satdığından, onu alanların əksəriyyəti elə yerli məmurlar olublar. Hətta belə bir xəbər də dolaşır ki, sözügedən şəxs hazırda illərdən bəri dükan tikərək işlədən şəxslərin də torpaq sahələrini əllərindən almağa hazırlaşır. Üstəlik, o da deyilir ki, həmin dükanlar sökülərək, yerləri başqalarına satılacaq. Qoca Səmədov artıq kəndlərdə belə torpağ satışına start verib. Bələdiyyə sədrləri ilə toplantı keçirərərk boş ərazilər haqqında yeni məlumat verilmısini tələb edib. Görünür Yevlaxda kənd əhalisinə verilən  pay torpaqlar belə satışa çıxarılacaq.

 

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq