Yığmamız uduzdu

Kişi həndbolçular arasında inkişafda olan ölkələrin III çempionatında III turun oyunları keçirilib.

XALQ.AZ xəbər verir ki,  Tbilisidə baş tutan yarışda Azərbaycan yığması Böyük Britaniya millisi ilə üz-üzə gəlib.

A qrupunda yer alan həndbolçularımız bu dəfə də məğlub olublar. İlk hissəni 5 top geridə (15:20) bitirən komandamız yekunda 1 top fərqilə uduzub – 35:36.

Bu məğlubiyyətdən sonra təmsilçimiz turnir cədvəlində 5-ci pilləyə enib.

A qrupu
III tur
Azərbaycan – Böyük Britaniya – 35:36

Kolumbiya – Kuba – 24:31
Hindistan – Çin – 29:40

N Ölkə O

Q H M T X
1 Kuba 3

3 0 0 96-75 6
2 Çin 3

2 0 1 92-84 4
3 Böyük Britaniya 3

2 0 1 101-98 4
4 Kolumbiya 3

1 0 2 84-89 2
5 Azərbaycan 3

1 0 2 110-100 2
6 Hindistan 3

0 0 3 86-123 0

Qeyd edək ki, bunadək Hindistana qalib gəlib, Kolumbiyaya məğlub olan yığmamız növbəti turda Kuba ilə qarşılaşacağıq.
B qrupunda isə Bolqarıstan, Gürcüstan, İrlandiya, Malta, ABŞ və Nigeriya həndbolçuları mübarizə aparırlar. Yarışın yekununa əsasən ən yaxşı Avropa yığması qitə birinciliyinə vəsiqə qazanacaq.

Yeganə