Yol polisi “Range Rover”i saxladı- Dəhşət qadın meyiti və yaralı…

Paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində bağban ev sahibinə ağır xəsarət yetirib və onun həyat yoldaşını öldürüb.

“Report”un məlumatına görə, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi 6-cı tağımının əməkdaşları Mərdəkan qəsəbəsində xidmətdə olarkən “Range Rover” markalı avtomobilin sürücüsünün özünü şübhəli aparması onların diqqətini çəkib.

Yol Polis əməkdaşları maşına “saxla” əmri veriblər, lakin sürücü hərəkəti davam etdirib. Yaradılan süni tıxacın köməkliyi ilə “Range Rover”i saxlamaq mümkün olub.

Avtomobilə yaxınlaşan polis əməkdaşları dəhşətli səhnənin şahidi olublar.

Maşında qan içində iki nəfər olub. Sürücü dərhal saxlanılıb.

Maşında olan yaralılardan qadının öldüyü müəyyən edilib. Ağır vəziyyətdə olan 72 yaşlı Şuşalı Arzu Məmməd oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Həkimlər onun vəziyyətinin ağlr kimi qiymətləndiriblər.

Araşdırmalar zamanı məlum olub ki, Arzu Şuşalını ağır yaralayıb həyat yoldaşını qətlə yetirən bağlarında işləyən bağbandır.

Ev sahibi bağbanı işdən azad etdiyini bildirəndə o məlum hadisəni törədib, daha sonra onları öz avtomobilləri ilə aparıb meyitlərini gizlətmək istəyib.

Faktla əlaqədar Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb araşdırma aparılır.

Qeyd edək ki, bağbanın ağır yaraladığı Şuşalı Arzu Məmməd oğlu tibb işçi olub, 2000-ci ildə ona “Azərbaycanın əməkdar həkimi” fəxri adı verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.