Yol qəzaları artıb-3 ay ərzində 183 nəfər avtoqəzadə ölüb

2022-ci ilin yanvar-mart aylarında 403 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çox yol-nəqliyyat hadisəsi baş verib.

Dövlət Statistika Komitəsindən (DSK) XALQ.AZ-a verilən məlumata görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,3 faiz artaraq 556 nəfər olub.

Onlardan 183-ü həlak olub, 373-ü isə yaralanıb. Hadisələrin 48,9 faizi gündüz, 35,0 faizi gecə, 16,1 faizi isə toran vaxtı baş verib, 29,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 84,1 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 44,9 faiz artaraq 129 nəfər, yaralananların sayı isə 0,9 faiz azalaraq 335 nəfər olub.

Göstəricinin adı2022-ci ilin yanvar-mart aylarında2021-ci ilin yanvar-mart aylarına nisbətən, faizlə
   
Bütün yol-nəqliyyat hadisələri – cəmi403107,2
Məkanına görə:  
           magistral avtomobil yollarında64136,2
           yaşayış məntəqələrində339103,0
İşıqlılıq vəziyyətinə görə:  
           gündüz vaxtı197122,4
           toran vaxtı6580,2
           gecə vaxtı141105,2
Yol örtüyünün vəziyyətinə görə:  
          quru yol örtüyü363110,0
          digər (yaş, buz və s.)4087,0
Zərərçəkənlərin sayı, nəfər556112,3
           həlak olanlar183146,4
           yaralananlar373100,8

Bütün yol-nəqliyyat hadisələrinin 46,4 faizi nəqliyyat vasitələrinin və piyadaların, 32,8 faizi bir neçə nəqliyyat vasitəsinin, 20,8 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,0 faizini, yaralananların isə 68,9 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 3 hadisə baş verib. Nəticədə 1 nəfər həlak olub, 4 nəfər yaralanıb. Bu hadisələrin 2-si minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.